Brilliant Dadaşova açdı ağzını, yumdu gözünü - VİDEO

Brilliant Dadaşova açdı ağzını, yumdu gözünü - VİDEO Şou
"Bura bizim böyüyüb başa çatdığımız Buzovna kəndidir. Əvvəl, damda yatırdıq, səhər 6-da gün düşürdü, məcbur aşağı enirdik. İndi internet dövrü gəldi. İnternetdə üzdəniraq elə insanlar gördük ki…"

News24.az
xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova sosial şəbəkədə paylaşdığı videosunda deyib. Məşhur müğənni Buzovna kəndinin görüntülərini yayaraq, haqqında şayiə yayanlara cavab verib: "Səsi və üzü kişi olsa da, özü qadın dedi-qodusu edir, şər-böhtan, hər şey...Videoda o deyir ki, guya məni Bilgəhdəki bağdan götürürmüş. Görünür ki, o insanın Bakının 32 kəndi haqqında anlayışı yoxdur. Bilgəh ilə Buzovna başqa yerdir. Bizim Bilgəhdə heç vaxt bağımız olmayıb. Heç bir gün orada qonaq da qalmamışıq. Bunları ona görə deyirəm ki, yalançı hekayələri danışanda gerçəkləri bilin! Sizə qulaq asanlar yalnız özünüz kimi olanlar deyil. O biri kişiyə oxşayan deyir ki, bunlar beş-altı bacı idilər. Biz dörd bacıyıq. O dəqiqə bilinir ki, o, insanlarda inormasiya yoxdur, qondarma, yalançı hekayələr uydurur. Biri də deyir ki, guya məni kimsə Xalq artisti edib. Buna görə guya mən kiminləsə görüşmüşəm. Səhnəyə çıxdığımdan 23 il sonra "Xalq artisti" adı aldım. İstedadım olmasaydı, peşəkar musiqiçilər, müğənnilər yetişdirməsəydim, sənətdə yeni səhifə açmasaydım belə, əmim Məlik Dadaşov heç olmasa mənə "Xalq artisti" adı verdirərdi və başqa adama da ehtiyacım qalmazdı. Cəfəngiyyat söhbətlər danışırlar. Heyif onu dünyaya gətirən ananın südünə".

Sevda Bayramova