"Bu filmə Heydər Əliyev 1 milyon ayırmışdı"

"Bu filmə Heydər Əliyev 1 milyon ayırmışdı" Şou

"Heydər Əliyev Nəsimi-də də, Babək-də də, başqa filmlərdə də tapşırmışdı ki, kino işçilərinə kömək etsinlər. Prezident Heydər Əliyev o qədər işinin-gücünün içərisində sənətə, kinoya, teatra, musiqiyə, ədəbiyyata fikir verən adam idi".

News24.az xəbər verir ki, bu sözləri "Liatris" Holdinqin rəhbəri, tanınmış iş xanımı Ruhiyyə Əliyevanın layihəsi olan "Qaranlıqda həqiqət"in qonağı, Xalq artisti Rasim Balayev deyib.

"İndiyə kimi çəkilən filmlərin içərisində "Babək" ən çox maliyyəsi olan film idi. Bu filmə Moskva 800 min, Heydər Əliyev isə 1 milyon ayırmışdı", - deyə o bildirib.

Davamı videoda:


Günel Məlikzadə