"Bunu cəmiyyətə sırıyanlar cəzalandırılmalıdır"

"Bunu cəmiyyətə sırıyanlar cəzalandırılmalıdır" Şou

Aparıcı Rövşanə Ağasəfqızı sosial şəbəkədə bir neçə qadının pul müqabilində spirtli içki içdiyi görüntülərə münasibət bildirib.

News24.az xəbər verir ki, o, paylaşımında həmin görüntülərin qarşısına çıxmasından narazılığını ifadə edərək bunları yazıb:

“Beş manat pula görə ağzına nə gəldi dürtən və danışanların görüntüsü niyə mənim qarşıma çıxmalıdır axı? Kim nə edir özü bilər. Əxlaqına, tərbiyəsinə özü cavabdehdir. Amma tərbiyəsizliyini və əxlaqsızlığını cəmiyyətə sırıyanlar, ətrafa yayanlar, bunu çəkib paylaşanlar cəzalandırılmalıdır”.