Cadu tapdı, qarğış etdi: - Allah onun bəlasını versin!
Şou
Müğənni Sevda Sanaliyeva evində cadu tapıb.
News24.az olay-a istinadla xəbər verir ki, bu barədə o, “Tarixin bir günü” verilişində cadu edən insanı tanıdığını deyib:
“Evimə heç kimi buraxmıram. Yalnız seçdiyim və özümə yaxın insanlar olub. Mənə cadu edənin kimliyini bilirəm. Amma bunu sübut etmək məsələsi var. Evimin qapısının çöl hissəsində, haradakı qapının nömrəsi yazılır, orada qutu, qutunun içində isə güllər var.
O güllər 7-8 ay idi ki, yerindən oynamışdı. Onları kənara qoymuşdum. Sonra köməkçimlə bərabər o gülləri həmin qutunun içinə qoymaq istədim. Amma köməkçim həmin qutunu qırdı. Tənbəllik elədim, bir ayda belə bir vəziyyətdə qaldı.
Bir aydan sonra qutunu düzəltmək qərarına gəldik. İçindən üzəri yazılarla dolu kağız çıxdı. Kağızı tanınmış ilahiyyatçılara göndərdim. Hamısı da eyni sözü dedi. Bu cadunu kim edibsə, Allah onun bəlasını versin!”