Cavanşir Məmmədovun nəvəsi ailə qurur

Cavanşir Məmmədovun nəvəsi ailə qurur Şou

Mərhum Əməkdar artist Cavanşir Məmmədovun nəvəsi Rəfiqə ailə qurur.

News24.az xəbər verir ki, onun ötən gün nikah mərasimi olub. Rəfiqə görüntüləri sosial şəbəkədə paylaşıb. 

Rəfiqə Rüfət adlı bəylə ailə qurmağa hazırlaşır. 

Qeyd edək ki, C.Məmmədov ötən ilin aprelində dünyasını dəyişib. O, 2023-cü ildə açıqlamalarından birində nəvəsinin nişanı olduğunu bildirmişdi. /Axşam.az