Cem Adrianın konsertinin saatı dəyişdirildi- - SƏBƏB

Cem Adrianın konsertinin saatı dəyişdirildi- - SƏBƏB Şou
Cem Adrianın konsertinin saatında dəyişiklik edildi.

News24.az xəbər verir ki, bu haqda sosial şəbəkədə məlumat verilib.

Bildirilib ki, sənətçinin olduğu təyyarə texniki səbəbdən İstanbula geri dönüb: "13:20-də İstanbul Hava Limanından havaya qalxan Azərbaycan Hava Yollarına məxsus təyyarədə yaranmış texniki problemdən dolayı Cem Adrian komandasınında olduğu təyyarə yenidən İstanbul Hava Limanına geri dönüş edib. Bu səbəbdən dolayı 15 Oktyabr saat 20:00-da baş tutacaq Cem Adrian konserti eyni gün saat 22:00-da həyata keçiriləcək. Bizdən aslı olmadan yaranan texniki problemə görə hər kəsdən üzr istəyir və saat 22:00 da hər kəsi konsertdə gözləyirik."