Cennifer Lopez məhkəməlik oldu
Şou
Dünyaca məşhur müğənnmi və aktrisa Cennifer Lopez sosial şəbəkə hesabında etdiyi paylaşıma görə problemlə üzləşib.
News24.az "Billboard"-a istinadən xəbər verir ki, məşhur müğənniyə qarşı fotoqraf və "BackGrid" foto agentliyi məhkəmə iddiası qaldırıb.
Buna səbəb Lopezin müəllif hüquqlarını və orijinal şəkilin yerləşdiyi portalın hüquqlarını pozması, şəkili imzasız paylaşması olub.
Məlumata görə, fotoqraf Edvin Blanko Lopezə qarşı iki federal iddia qaldırıb.
O və foto agentlik iddia edib ki, , "Qızıl Qlobus" mükafatlarının təqdimat mərasiminin gecəsindən öncə baş tutan "Amazon MGM Studios" və "Vanity Fair"-in birgə təşkil etdiyi tədbirdəə çəkilmiş şəkillərin ortaq sahibidirlər.
Fotoqraf qeyd edib ki, C.Lopez bu şəkilləri kommersiya məqsədi ilə istifadə edib: “Xanım Lopez bu görüntülərdən istifadə edərək geyim və zinət əşyalarının dizaynerinə diqqət çəkməyə çalışıb, tədbiri öz dəb əlaqələrini və brend partnyorluqlarını tanıtmaq üçün reklam vasitəsi kimi istifadə edib”.
Vəkil əlavə edib ki, qanun pozuntusundan bir həftə sonra hüquqi proses başlanıb, tərəflər arasında artıq danışıqlar baş tutub və bu danışıqlar kifayət qədər müsbət keçib.
Maliyyə razılaşması şifahi olaraq əldə olunub, lakin Cennifer Lopez hələlik razılaşmanı imzalamayıb.
Teymur Məmmədov