Daha bir müğənni "Maşın" şounu - TƏRK ETDİ

Daha bir müğənni "Maşın" şounu - TƏRK ETDİ Şou

"Maşın" şounun növbəti buraxılışında gözlənilməz qərar verilib.

News24.az xəbər verir ki, səsvermə kürsüsünə çıxan aparıcı Lalə Mustafayeva tamaşaçılar tərəfindən səs toplayıb. O, şounun ilk dəqiqələrində hədəfinin Suna Kasımoğlu olduğunu söyləsə də, sonda müğənni Türkan Vəlizadəni çıxardıb.

Qeyd edək ki, şouda 6 nəfər avtomobil uğrunda mübarizəni davam etdirir.

Sevda Bayramova