“Düşünürdük ki, içəndə yaxşı aktyor olursan” - – Xalq artisti
Şou
Xalq artisti Qurban İsmayılov ilə "Düzünə qalsa” verilişinin qonağı olub.
News24.az xəbər verir ki, Xalq artisti tələbəlik illərindən danışıb:
“Çox içən olmuşam. Peşə məktəbində oxuyurdum, yataqxanada qalırdım. Elə də pulumuz yox idi. Dostlarla daha çox yeyirdik, nəinki içirdik. Bu da 27 il əvvələ kimi davam etdi. İnstitut vaxtı eşidirdik ki, böyük aktyorlar içən olur. Axı bizim də böyük aktyorlarımız içirdi. Düşünürdük ki, içəndə yaxşı olur, daha böyük aktyor olmaq olar. İçib, sənətdən danışırdıq. Amma müəyyən müddət keçir ki, bədən dözmür. Az qala həyatla vidalaşırdım, üstümə təcili tibbi yardım gəldi, məni təzədən həyata qaytardılar. Bu, mənim 3-cü həyata gəlişim sayılır. Ötən il infarkt keçirtdim, açıq ürək əməliyyatı oldu. Hələ uşaq vaxtı bibim həyətdə iş görəndə dərin quyuya da düşmüşəm”.
Xalq artisti qeyd edib ki, aktyor olmağına peşman olduğu anlar olur:
“Peşman olduğum, sənətdən küsüb getmişəm də... Çıxdım teatrdan, dedim alver eləmək istəyirəm. Ukraynada yaşayan qohumuma zəng etdim ki, nə lazımdır? Dedi, gör konyak varsa, onu al gətir. O da ki, qadağan olunmuşdu axı. Risk etdim, 40 konyak alıb getdim. Bileti səhv almışam, başqa qatara sən demə. Sonra öz qatarıma keçdim, onda da yatıb qalmışam. Konyaklar ucuz qiymətə satıldı, uşaq kalqotqaları aldım o pula ki, satım. Heç o da satılmadı, pul çıxmadı”.