Efirdə DAVA - "Sənin kimi anaya..." - VİDEO

Efirdə DAVA - "Sənin kimi anaya..." - VİDEO Şou

"Səni axtarıram" proqramında gərgin anlar yaşanıb.

News24.az axşam.az-a istinadən bildirir ki, əməkdar artist Mətanət İsgəndərlinin keçmiş gəlini Canana plastik əməliyyat etdirərək proqrama çıxıb. Ekspert kürsüsündə oturan psixoloq Könül Cəfərova ilə onun arasında mübahisə düşüb. O, Cananaya uşaqları ilə yaşamamasını irad tutub.

"Uşaqlarınıza analıq etmirsiniz? Allah ağıl, şüur, məntiq, əl və ayaq, eyni zamanda övlad da verib. Sizi başa düşmürəm. Allah mənə sizin həyatınızı yaşamağı qismət etməsin. Niyə övladı nənə saxlamalıdır?" sözlərinə qarşı tərəf belə cavab verib:

"Mən 3 uşaq dünyaya gətirmişəm. Uşaqların evinin təmirini gözləyirik, hazır olanda köçəcəklər".