Eldar və Nigar da - APARICI OLDU

Eldar və Nigar da - APARICI OLDU Şou
“Eurovision 2011” qalibləri Nigar Camal və Eldar Qasımov yenidən bir araya gəlib.

News24.az xəbər verir ki, onlar AzTV-də aparıcılığa başlayıb.Sənətçilər bundan sonra “Telesəhər” proqramında aparıcılıq edəcək.

Belə ki, ifaçılar hər həftəsonu tamaşaçıların görüşünə gələcək. Onların qonaqları isə şou-biznes, incəsənət və müxtəlif sənət nümayəndələri olacaq.