Elnarənin klipini hansı rejissor silib?

Elnarənin klipini hansı rejissor silib? Şou


Müğənni Elnarə Xəlilova "Sənsizəm" adlı mahnısına çəkdirdiyi klipinin televiziyadan sildirildiyini iddia edib. 

News24.az Yenisabah.az-a istinadla xəbər verir ki, bu barədə özü məlumat yayıb.

İnstaqram hesabında ekran işindən bir parça yayımlayan Xəlilova bunları yazıb: "Kimin etdiyini bilirəm".

Elnarə klipi telekanallardan birində çalışan efir rejissorunun sildiyini yazıb.

O əlavə edib ki, rejissor bunu bilmədən edib. İfaçı həmin şəxsin adını gizli saxlayıb.