Elvindən “Eurovision” təmsilçilərimizə: - “Bibimə oxşadıblar”
Şou
“Eurovision” təmsilçilərimiz Tural və Turan Liverpulda “Avroviziya 2023”ün açılış mərasiminə qatılıblar. Onların tərzi isə sosial mediada tənqid olunub. Tənqid edənlər sırasında müğənni Elvin Mirzəzadə də yer alıb.
News24.az xəbər verir ki, müğənni fkirlərini sosial şəbəkədə yazıb:
“Gül kimi qaqaşlar idi. Çevirib bibimə oxşadıblar. Köynəkləri də 25 manatlıq şadlıq evinin süfrəsinə oxşayıb. Nədir bu? Nə olardı normal obraz versəydilər? Bu beynəlxalq yarışdır, orada düşmənlərimiz də var. Hər şeyin bir nizamı var. İncəsənət olanda nə olar. Indi məni qınayacaqlar. Bir musiqiçi kimi deyil bir vətəndaş kimi utandım”.
Könül İBRAHİM