Emili həyat yoldaşından ayrıldı

Emili həyat yoldaşından ayrıldı Şou
Amerikalı model və aktrisa Emili Ratakovski həyat yoldaşı aktyor Sebastyan Bir-Makklarddan ayrılmaq barədə qərar qəbul edib.

News24.az "qafqazinfo"ya istinadən xəbər verir ki, hazırda cütlük boşanma ərəfəsindədir. 

İlkin məlumata görə, buna səbəb mediada Sebastyan Bir-Makklardın amerikalı modelə xəyanət etməsi barədə yayılan iddialar olub. 

Bildirilir ki, Ratakovskinin ötən həftə qatıldığı bir tədbirdə nişan üzüyünü taxmaması da medianın diqqətini çəkmişdi.