"Ən yüngül cəzan edam olmalıdır" - PƏRVİN ABIYEVA

"Ən yüngül cəzan edam olmalıdır" - PƏRVİN ABIYEVA Şou
Aktrisa Pərvin Abıyeva sosial şəbəkədə aktivlik nümayış etdirir.

News24.az xəbər verir ki, Abıyeva "İnstagram"ın "Story" bölməsində sevgilisi tərəfindən öldürülən 2002-ci il təvəllüdlü Pərvin Musayevanın görüntüsünü paylaşaraq bunları yazıb: "Kişilərə həyatımızda o qədər böyük rol, dəyər veririk ki, gün keçdikcə özlərini sahibimiz sanırlar".

O, həmçinin ötən gün qızına zəhərli iynə vuraraq öldürən ata ilə bağlı bunları qeyd edib: "Feminist deyiləm, amma bu qətilləri gördükcə, onlara haqq qazandırmağa başlayıram. Nə yazıq! Qadınları feminizmə siz kişilər sürükləyirsiniz. Öz övladına zəhərli iynə vurub öldürmək nə deməkdir? Allah bizə dil, şüur, beyin verib ki, danışaq, bir-birimizi anlayaq. Tanrının bəxş etdiyi bu nemətlərdən istifadə etməyib, özündən əmələ gələni belə ucuz şəkildə öldürəcəksənsə, ən yüngül cəzan edam olmalıdır. Bəsdirin, cavan-cavan qızların həyatını söndürdünüz. Səhvi olsa, belə onu yanlışdan döndərmək üçün bir çox üsul var. Ölüm çıxış yolu deyil".