“Eurovision” təmsilçisi maşınında ölü tapıldı
Şou
“Eurovision” müsabiqəsində Makedoniyanı təmsil etmiş müğənni Vlatko İlievski Skopye şəhərində öz avtomobilində ölü tapılıb.
News24.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, 33 yaşlı müğənninin nədən öldüyü məlum deyil.
Xatırladaq ki, Vlatko İlievsk 2011-ci ildə Almaniyada keçirilən “Eurovision” yarışmasında “Rusinka” mahnısı ilə çıxış etmişdi.
İlhamə