"Ev işləri görmür..." - Müge Anlı canlı yayımda ərindən şikayətləndi
Şou
Türkiyənin tanınmış aparıcısı Müge Anlı canlı yayımda şəxsi həyatı ilə bağlı diqqətçəkən açıqlama verib.
News24.az xəbər verir ki, Türkiyənin televiziya kanalı ATV-də yayımlanan “Tatlı Sert” verilişində danışan Anlı 2022-ci ildə ailə qurduğu İstanbul Polis İdarəsinin İctimai Təhlükəsizlik Şöbəsinin rəisi Şinasi Yüzbaşıoğlunun ev işlərində ona kömək etməməsindən gileylənib.
Aparıcı bildirib ki, işləyən qadın olmasına baxmayaraq, evdəki bütün məsuliyyətin onun üzərində qalması onu narahat edir. Müge Anlının sözlərinə görə, həyat yoldaşı onun iş yükünü nəzərə almır:
“Mən də işləyən qadınam, amma ərim mənə heç vaxt çay gətirmir. Evə gəlirəm, yemək bişirirəm, süfrə açıram, çay dəmləyirəm. Heç vaxt "bu qadın işləyir" deyə düşünmür”.