“Evdə qalmış” təqdim olundu - VİDEO
Şou
Türkiyədə baş vermis zəlzələyə görə təqdimatı təxirə salınan “Evdə qalmış” filminin qala gecəsi keçirilib.
News24.az xəbər verir ki, Xalq artisti Həmidə Ömərova, Əməkdar artist Mehriban Xanlarova, Kəmalə Piriyeva, Şəhriyar Əbilov, Firuzə Balayeva, Kənan Yusifov, Sanura Cəfərova, Aygün Akif, Elçin Məmmədli, Nigar Əhmədova, Rüstəm Rüstəmov və başqalarının rol aldığı ekran işinin nümayişinə şou-biznesin tanınmış simaları qatılıb.
Filmdə əsl sevgini axtaran qəhrəmanlar valideynlərinin məcburiyyəti ilə 30 yaşına qədər evlənməlidir. Qonşunun, qohum-əqrəbanın “Evdə qalmısan?”, “A bala nə vaxt tərpənirsən?” kimi suallarından bezən gənclər evlənmək istəməsələr də, hadisələr onları qarşılaşdırır.
Qeyd edək ki, ekran işinin quruluşcu rejissoru Valeh Əhmədovdur.
Könül İBRAHİM