Fərqanə Qasımovanın oğlu əsgərliyə gedir
Şou
Əməkdar artist Fərqanə Qasımovanın oğlu Saleh hərbi xidmətə gedir.
News24.az xəbər verir ki, bu barədə sənətçi "Qonaqcanlı" verilişinə müsahibəsində bildirib:
"Balamızı əsgərliyə yola salırıq. Övladımı Rəbbimə əmanət edirəm".
Qeyd edək ki, sənətçinin 4 övladı var. Mövlanə, Həlimə və Saleh üçəmdirlər. Fərqanə Qasımovanın digər qızı Fatimə isə Xalq artisti Natiq Şirinovun musiqiçi oğlu Ümidin həyat yoldaşıdır. (Bakupost)