“Gözüm 50 faiz görmə qabiliyyətini itirib”

“Gözüm 50 faiz görmə qabiliyyətini itirib” Şou


Türkiyəli aktyor Cem Yılmazın səhhətində problem yaranıb. 

News24.az Axşam.az-a istinadla xəbər verir ki, bu barədə aktyor şousu zamanı tamaşaçılarına danışıb. Həkimə getdiyini açıqlayan Cem Yılmaz sağ gözünün görmə qabiliyyətinin yarısını itirdiyini bildirib:

"Gözüm görmür. Həkimə getdim, sağ gözümdə çox maraqlı bir xəstəlik olduğunu dedi. Torlu qişa arxadakı yerindən ayrılıb. Gözüm 50 faiz görmə qabiliyyətini itirib".