Günel vəfat edən müğənni ilə yazışmalarını PAYLAŞDI
Şou
Xəbər verdiyimiz kimi, süd vəzi xərçənginə qalib gəldikdən sonra beynində şiş aşkarlanan müğənni Şimal Gülən vəfat edib.
News24.az Axşam.az-a istinadən xəbər verir ki, müğənni Günel Zeynalova onunla bağlı paylaşım edib. Günel Şimalla son danışıqlarını sosial şəbəkə hesabında paylaşıb.
Həmkarının ölümünə üzüldüyünü yazan ifaçı "Gözəl səslim, ürəyi gözəlim, çox pis oldum. Həyat belədir... Ruhun bizimlə olacaq... Bu həyatda borclarımız var, tamamlamağa, qazanmağa gəlirik" sözlərini əlavə edib.