Hacı Nuran şəhid oğlunun - kirvəsi olacaq

Hacı Nuran şəhid oğlunun - kirvəsi olacaq Şou
Aparıcı Hacı Nuran Hüseynov Tovuz döyüşlərindən şəhid olmuş Elşad Məmmədovun oğlunun kirvəsi olacaq.

News24.az xəbər verir ki, bu barədə o, sosial şəbəkədə məlumat yayıb. N. Hüseynov 9 aylıq Məhəmmədlə fotosunu paylaşaraq onun kirvəsi olacağını qeyd edib:

“Yenidən mənə doğma olan bir evdəyəm, Tovuz rayonunun Ağdam kəndində... Bu ev məni öz əzizi kimi qarşıladı. Bu ailə məni ən yaxın adamı kimi salamladı.O körpə də sanki məni tanıyırmış kimi üzümə gülümsədi. Axı mən onun kirvəsi olacağam”.
Hacı Nuran şəhid oğlunun - kirvəsi olacaq