Hamı bu toydan danışır - Dünya ulduzlarının qatıldığı 35 milyonluq mərasim - Foto-Video
Şou
Hindistanın Udaypur şəhərində Netra Mantena və Vamsi Gadiraju üçün möhtəşəm toy mərasimi baş tutub.
News24.az xəbər verir ki, mərasimdə dünyanın bir neçə məşhur siması iştirak edir.
Onlar arasında Cennifer Lopez, Castin Biber, Donald Tramp Jr və bir sıra Bollivud ulduzları var.
Toy ABŞ-də yaşayan milyarder ailəsinin qızı Netra Mantena üçün təşkil olunub. Onun nişanlısı Vamsi Gadiraju texnologiya sahəsində uğurlu sahibkardır. Bir neçə gün davam edəcək mərasim Udaypurun lüks saraylarında keçirilir.
Jennifer Lopez tədbirdə həm qonaq, həm də səhnə ifaçısı kimi iştirak edir. Sosial mediada onun Hindistan tərzində geyimi və performansı böyük diqqət çəkib.
Toyun büdcəsi təxminən 20–35 milyon ABŞ dolları civarında qiymətləndirilir.
Məlumata görə, Donald Trump Jr və qızı da mərasimdə iştirak edib, onların sosial mediada toydan rəqs görüntüsü paylaşılıb.
Arzu Rövşən