İbrahim Tatlısəs miras qalmaqalı ilə gündəmdə
Şou
Türkiyəli tanınmış müğənni İbrahim Tatlısəs ailə qalmaqalı ilə diqqət çəkib.
News24.az xəbər verir ki, məşhur sənətçi oğlu Ahmet Tatlısəs barəsində prokurorluğa müraciət edərək, ona qarşı məhkəmə tərəfindən həbs-qətimkan tədbiri tətbiq olunmasını istəyib.
Oktyabr ayının sonunda baş tutan məhkəmə iclasında Tatlısəsin ərizəsi təmin olunub. Qərara əsasən, Ahmet Tatlısəsə elektron izləmə qolbağı taxılıb və atasına yaxınlaşması rəsmi şəkildə qadağan edilib.
Hadisədən sonra sosial şəbəkədə açıqlama verən Ahmet Tatlısəs iddia edib ki, atası bütün mirasını 2021-ci ildə evləndiyi Gülçin Karakayaya buraxmaq qərarı verib.