İbrahim Tatlısəsin Yeni il səhnəsindən qazanacağı məbləğ dodaq uçuqlatdı

İbrahim Tatlısəsin Yeni il səhnəsindən qazanacağı məbləğ dodaq uçuqlatdı Şou

Ailəsindəki gərginlik və məhkəmə çəkişmələri ilə uzun müddətdir gündəmdən düşməyən İbrahim Tatlısəs bu dəfə Yeni il gecəsi səhnəyə çıxacağı konsertlə diqqət çəkib.

News24.az xəbər verir ki, tanınmış sənətçi illər sonra ilk dəfə Gürcüstanın Batumi şəhərində Yeni il proqramında çıxış edəcək və bu çıxışından təxminən 6 milyon türk lirəsi gəlir əldə edəcək.

Türkiyə mediasının yazdığına görə, Tatlısəsin bu hadisə ilə yenidən gündəmə gəlməsi onun ailəsi ilə bağlı davam edən məhkəmə prosesləri fonunda daha çox müzakirə olunur. Oğlu Ahmet Tatlısəs tərəfindən qaldırılan qəyyumluq məsələsi bir müddət əvvəl böyük səs-küy yaratmışdı.

Ahmet Tatlısəs atası ilə bağlı psixi sağlamlığına dair şübhələr irəli sürsə də, məhkəmə İbrahim Tatlısəsin həm fiziki, həm də zehni cəhətdən tam sağlam olduğuna qərar verib.