İlkin Həsəni yükdaşıma şirkəti ilə məhkəməsindən - DANIŞDI

İlkin Həsəni yükdaşıma şirkəti ilə məhkəməsindən - DANIŞDI Şou

Məşhur teleaparıcı İlkin Həsəni yükdaşıma şirkəti olan "Azcargo Logistics and Management  Services” MMC ilə arasında yaşanan məhkəmə prosesindən danışıb.

Teleaparıcı ilk olaraq News24.az-a açıqlamasında yayılan məhkəmə xəbərini təkzib etsə də, o daha sonra vəkili ilə məsləhətləşib belə bir açıqlama verib: 

“Vəkilimlə danışdım. Bildirdi ki, biz bu haqda heç yerdə məlumat yaymamışıq. Ona görə də məhkəmə prosesi haqqında hələ ki, danışmamaq qərarı almışıq. Şirkət daxili müqavilə əsasında olan məsələdir. Məhkəmə prosesi haqqında ətraflı məlumat verəcəyik". 

Qeyd edək ki, iddiaya Bakı Kommersiya Məhkəməsinin hakimi Günay Namazovanın sədrliyi ilə baxılacaq. Məhkəmədə iddiaçı "İlk Media” MMC-dir. İşin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələrdən ibarətdir. 

"Azcargo Logistics and Management Services” MMC 27 dekabr 2012-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 AZN olan şirkətin qanuni təmsilçisi Mustafayev İsmixan Məmməd oğludur. O, həm də şirkətin icraçı direktorudur.

"Azcagro Logistics and Management Services” MMC bundan əvvəl "ASR-Traffik” MMC adı altında fəaliyyət göstərib. MMC həm də 188 yükdaşıma xidməti kimi tanınır. 

"İlk Media” MMC-yə gəlincə, şirkət 13 noyabr 2013-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN-dir. Şirkətin qanuni təmsilçisi isə Həsəni İlkin Aydın oğludur. 

İlk Həsəni tanınmış teleaparıcı, "Bozbaş Pictures” layihəsinin rəhbəri və "Şəmi müəllim” obrazının müəllifidir.

Könül İBRAHİM