İzzət “Hammer”ini niyə satıb?

İzzət “Hammer”ini niyə satıb? Şou

Müğənni İzzət Bağırov şəxsi avtomobilinin olmadığını bildirib.

News24.az olay-a istinadla xəbər verir ki, bu barədə o, “El canlı” verilişində danışıb.

Bağırov idarə etdiyi “Hammer” markalı avtomobilinin satmasından söz açıb:

“Onu sürəndə harada istəyirdim, orada da saxlayırdım. Amma indi saxlayan kimi dərhal cərimə gəlir. Ona görə də sürmürəm. Cərimə 20 manat deyil. Bitdi o məbləğdə olan cərimələr. Düşürsən əczaxanaya, 3 manatlıq dərman alırsan, çıxıb görürsən ki, 40 manatlıq cərimə yazıblar”.