“Karantin qaydalarını pozduğuma görə cərimələndim” - DJ ROŞKA

“Karantin qaydalarını pozduğuma görə cərimələndim” - DJ ROŞKA Şou
“Əslində bu məsələ bir o qədər də şişirdiləsi deyildi. Sadəcə ehtiyatsızlıqdan başıma belə bir hadisə gəlib”.

Bu sözləri News24.az-a açıqlamasında karantin rejimini pozaraq yığıncaqda iştirak edən Dj Roşka deyib. O karantin qaydalarını pozduğuna görə peşiman olduğunu etiraf edib: “Bir neçə gün öncə xaricdən bir yaxın dostum gəlib. Məni də görüşə dəvət etdi. Getdim ki, bir hal-əhvalını öyrənim, amma nəticə o qədər də yaxşı olmadı. Orda əslində deyildiyi kimi 15 nəfər olmayıb. Bizim sayımız 9 nəfər idi. Aqşin də zarafata video çəkib, paylaşdı. Xaricdə yaşadığına görə buranın vəziyyətindən xəbərsiz idi. Bu addım da insanlar tərəfindən birmənalı qarşılanmadı. Biz vətənimizə, qayda-qanunlarımıza hörmət edirik. Cərimə tətbiq olundu və ödənildi. Yəni, istəmədən, bilmədən oldu. Güman edirəm ki, bir də belə bir məqamla üz-üzə gəlmərəm”.

Qeyd edək ki, Aqşin Nəcəfov adlı sosial şəbəkə istifadəçisi “İnstagram”da canlı yayım açaraq dostları ilə restoranda əyləndiklərini bildirib. O qeyd edib ki, Bakıda eyni masada 6 nəfərin əyləşməsinə icazə verilsə də onların sayı 15 nəfərdir. Məclisdə tanınmış Dj Roşkanın da iştirak etdiyi görüntülərə düşüb.

Sevda Bayramova