Keti Perri 86 yaşlı veterana "qalib gəldi"

Keti Perri 86 yaşlı veterana "qalib gəldi" Şou

Keti Perri məhkəmədə 86 yaşlı veterana qalib gəlib. Məşhur amerikalı müğənni qarşı tərəfdən 1,8 milyon ABŞ dolları təzminat alacaq.

News24.az xəbər verir ki, NME portalının məlumatına görə, qərar uzun sürən mübahisəyə son qoyub.

Belə ki, 2020-ci ildə pop-ulduz Keti Perri Karl Ueskottla onun evini 15 milyon dollara almaq barədə razılığa gəlib, lakin daha sonra Ueskott əməliyyatdan sonra qəbul etdiyi ağrıkəsicilərin təsiri altında olduğunu iddia edərək müqavilənin ləğvini tələb etdi.

Məhkəmə isə iddianı əsaslı hesab etməyərək qərarı Keti Perrinin xeyrinə çıxarıb. Nəticədə 86 yaşlı veteran sövdələşmənin pozulmasına görə müğənniyə 1,8 milyon dollar kompensasiya ödəyəcək.