“İki ölkədə də evsiz qaldım” - Rüfətə qarşı 280 minlik dələduzluq

“İki ölkədə də evsiz qaldım” - Rüfətə qarşı 280 minlik dələduzluq Şou
Türkiyədə yaşayan dünya şöhrətli  azərbaycanlı modelyer Rüfət İsmayıla qarşı dələduzluq edilib.

News24.az xəbər verir ki, bu haqda Türkiyə mediası məlumat yazıb. Belə ki, müflis olan bir inşaat şirkəti ona qarşı 5 milyon 250 min lirə dələduzluq edib. 

İsmayil 2013-cü ildə şirkətin Esenyurtda etdiyi lüks bir layihə üçün müqavilə bağlayıb. 158 kvadratmetrlik ev üçün modelyer 280 min dollar ödəyib. İstanbulda yaşayan Rüfət pulun bir qismini özü ödəyib, qalanı üçün isə Azərbaycandakı ata evini satıb.

Evin 2015-ci ildə təslim ediləcəyi deyilsə də, şirkət sözünü tutmayıb. Rüfət məhkəməyə müraciət etdiyini deyib:

"İki evdən də oldum. Artıq iki ölkədə də evsizəm. Mənə edilən bu haqsızlığı qəbul etməyim mümkün deyil. Haqqımı sonuna qədər alacağam".


Könül İBRAHİM