Kəmalə Xəlillinin “Xoşbəxt olaq” adlı yeni klipi işıq üzü gördü

Kəmalə Xəlillinin “Xoşbəxt olaq” adlı yeni klipi işıq üzü gördü Şou

Gənc müğənni Kəmalə Xəlilli sənətsevərlərə yeni musiqi layihəsini təqdim edib. Sənətçinin “Xoşbəxt olaq” adlı klipi artıq yayımlanaraq dinləyicilərin ixtiyarına verilib.

News24.az xəbər verir ki, ifaçının yeni video işi qısa zamanda sosial şəbəkələrdə maraq doğurub və izləyicilər tərəfindən müsbət qarşılanıb.

Klipin vizual həlli, mahnının məzmunu və müğənninin emosional ifası tamaşaçı rəğbəti qazanıb.Qeyd edək ki, Kəmalə Xəlilli musiqi ictimaiyyətinə “Azərbaycan qızıyam”, “Bilsən də, bilməsən də”, “Töhfə”, “Yar sənin üçün”, “Azərbaycan”, “Həbibim”, “Sevdim səni”, “Şəhid”, “Möhtəşəm hüzün”, “Gül mənimdir, sevərsənmi?” kimi məhşur mahnıları ilə tanınır. Sənətçinin hər yeni işi izləyicilər tərəfindən böyük maraqla qarşılanır.