“Kuruluş Orhan” serialından alacağı məbləğ hər kəsi - təəccübləndirdi

“Kuruluş Orhan” serialından alacağı məbləğ hər kəsi - təəccübləndirdi Şou

Tanınmış türk aktyoru Mert Yazıcıoğlu “Kuruluş Orhan” serialı ilə ekranlara qayıdır.

News24.az xəbər verir ki, serialda Osman bəyin oğlu Orhan bəyin gənclik illəri ekranlaşdırılacaq. Baş rolu canlandıracaq aktyorun hər bölüm üçün alacağı qonorar isə böyük maraq doğurub.

Jurnalist Mehmet Üstündağ  bir televiziya proqramında Yazıcıoğlunun hər bölüm üçün 3 milyon türk lirəsi qazanacağını iddia edib. Bu rəqəm sosial mediada və tamaşaçılar arasında geniş rezonans doğurub.

Mert Yazıcıoğlu ötən il “Qızıl Qönçələr” serialında Cüneyd Əfəndi obrazı ilə yadda qalmışdı. İndi isə o, ATV kanalında yayımlanacaq “Kuruluş Orhan” serialında baş rolu ifa edəcək. 

Bu dəyişiklik Burak Özçivitin serialdan ayrılmasından sonra baş verib və serialın hekayəsində də yeni bir dövrün başlanğıcına səbəb olub. 

Xeyrənsə Piriyeva