Mabel Matizlə bağlı qərar verildi

Mabel Matizlə bağlı qərar verildi Şou

Mabel Matiz ləqəbi ilə tanınan türkiyəli məşhur müğənni Fatih Karaca "Ha Leylim" adlı mahnının sözləri və videoklipi ilə bağlı başlanılan istintaq çərçivəsində ifadə vermək üçün Çağlayandakı İstanbul Ədliyyə Sarayına gəlib.

News24.az xəbər verir ki, prokurorluqda ifadə verən Karaca məhkəmə nəzarəti tədbirinin seçilməsi tələbi ilə Sülh Cinayət Məhkəməsinə göndərilib.

Məhkəmə Karacanı barəsində ölkədən çıxışına qadağa qoyulması şəklində məhkəmə nəzarəti tədbiri tətbiq etməklə sərbəst buraxıb.