Mahsun Kırmızıgül avtobusda  konsert verdi- - VİDEO

Mahsun Kırmızıgül avtobusda  konsert verdi- - VİDEO Şou
Türkiyənin tanınmış müğənnisi Mahsun Kırmızıgül avtobusda mini-konsert verib. 

News24.az xəbər verir ki, müğənni bu haqda sosial media hesabında paylaşım edib: “Şənbə günü Çeşmədə çıxacağım Günay proqramından əvvəl dostlarımızla şam yeməyinə getdik. Axşam yeməyində spirtli içki qəbul edən dostumu evinə apardıq, ancaq gecənin həmin saatında otelə getmək üçün taksi axtardıq, tapa bilməyəndə isə mikroavtobusa mindik. Qısa bir şokdan sonra mikroavtobusda çox səmimi bir atmosfer yarandı. İnsanlar məndən oxumağımı istəyəndə mən onları incitmədim və hamımız birlikdə unudulmaz 20 dəqiqə keçirdik. Yeri gəlmişkən, sürücünün köməkçisi işləyirdim”.

Könül İbrahim