Mehmet Ali Erbil 6-cı həyat yoldaşından da boşanır
Şou
Türkiyəli məşhur şoumen Mehmet Ali Erbil ailə qurduğu Gülseren Ceylanla boşanır.
News24.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ceylan bir həftə əvvəl evdən çıxıb.
Erbil isə vəkili Şeyda Yıldırıma boşanma üçün etibarnamə verib.
Məhkəmə işinin bazar ertəsi günü açılacağı məlum olub. Tərəflər arasında əmlakın ayrılması ilə bağlı müqavilə olduğu üçün heç bir tərəf digərinə maddi tələb irəli sürə bilməz. Ayrılmanın səbəbi fikir ayrılıqları və mübahisələr olduğu deyilir.
Boşanmağa səbəb isə Gülseren Ceylanla 6-cı evliliyi olan Mehmet Ali Erbil, bir neçə ay əvvəl qatıldığı bir proqramda verdiyi açıqlama olmuşdu. Belə ki, məşhur şoumen verililişdə "Bütün həyat yoldaşlarıma xəyanət etdim. Hamısından üzr istəyirəm. Onlardan birinə böyük haqsızlıq etdim. O, saf və məsum idi. Kaş ki, onu tərk etməsəydim" demişdi.
Həmin şəxsin 2001-ci ildə evləndiyi və 1,5 il sonra boşandığı Sedef Altuntaş olduğu iddia edildi.
Qeyd edək ki, Mehmet Ali Erbil və Gülseren Ceylan avqustun 28-də evlənmişdilər. (Unikal)