Məşhur aktyor ən böyük peşmanlığından - DANIŞDI - FOTO

Məşhur aktyor ən böyük peşmanlığından - DANIŞDI - FOTO Şou

Məşhur kinoaktyor İlker Aksun teleproqramlardan birində maraqlı açıqlamalar verib.

News24.az Lent.az-a istinadən xəbər verir ki, o ən böyük peşmanlığından, ikinci dəfə evlənməsindən danışıb.

Bir zamanlar  “Aktyor olmaq  üçün bu sahədə təhsil şərt deyil” deməsi ilə  müzakirələrə səbəb olan aktyor yenə dediyinin üstündə durduğunu bildirib.

“Kıvanc Tatlıtuğ modellikdən gəlib, amma hər rolda fərqli şəklə bürünür, möhtəşəmdir, Aras Bulut İynemli təyyarə mühəndisidir, amma kim ona yaxşı aktyor deyil deyə bilər? Adam şahanə rollar oynayı” - o qeyd edib.

52 yaşlı aktyor 2012-ci ildə  özü kimi aktyor olan Belgin Erdoğanla boşanıb. Bu ilin iyun ayında Dilay Ekmekçioğlu ilə evlənib.

“Çox pis depressiyyadaydım. Menecerim Duyğu məni evləndirib desəm yeri var. Bir gün məni Dilayla  tanış etdi. Dilay nefes koçu işləyirdi. Düzdür mən  kainata, onun enerji alış- verişi etməsinə inanmıram, amma bu tanışlıq məni xoşbəxt elədi. Dilanın terapiyaları sonda aramızda sevgi yaranması ilə bitdi”,- deyən İlker Aksum başqa bir etiraf da edib. O, ata olmaq istədiyini də gizlətməyib.

“30 yaşlarımda ata olmadığım üçün çox peşmanam. İndi gecdir, Amma yenə övlad sahibi olmağı arzu edirəm”.



Məşhur aktyor ən böyük peşmanlığından - DANIŞDI - FOTO