Məşhur aktyorun malikanəsindən - GÖRÜNTÜLƏR
Şou
Xəbər verdiyimiz kimi, Oskar mükafatlı aktyor Cin Hekmanın həyat yoldaşı Betsi Arakava fevral ayında 4 milyon dollarlıq malikanəsində ölü tapılıb. Virus yuvasına çevrilən cütlüyün malikanəsinin son versiyası üzə çıxıb.
News24.az Daily Mail-ə istinadən bildirir ki, fevralın 26-da cəsədləri faciəli şəkildə tapılan aktyorun və ya həyat yoldaşının ölümlərindən əvvəl yüngül xəsarətlər almış ola biləcəyi ehtimal edilir. Polis cütlüyün 4 milyon dollarlıq Santa Fe malikanəsinin içindən bir neçə foto və görüntü yayıb.
Səlahiyyətlilər mülkdə axtarış apararkən cütlüyün yataq dəsmallarının izlərini aşkar ediblər. Hazırlanmamış çarpayıda mavi rəngli çarşafların üzərində kiçik qan ləkələri və çirkli lent aşkar edilib.
Yataqda kimin qanının olduğu və ya qanaxmaya nəyin səbəb olduğu bilinmir.
Evin içindən paylaşılan yeni fotolar Hollivud əfsanəsi Cin Hekmanın və həyat yoldaşı Betsinin yaşayıb vəfat etdiyi evin içərisindəki pis şəraiti də üzə çıxarıb.
Həmin görüntüləri təqdim edirik:
Günel Məlikzadə