Məşhur mahnıya yeni nəfəs verdi - - FOTO

Məşhur mahnıya yeni nəfəs verdi - - FOTO Şou
Müğənni Elnarə Xəlilovanın təsisçisi olduğu "El Yaradıcılıq Mərkəzi"nin üzvlərindən biri Piri Əliyev məşhur “Gedəcəyəm” adlı mahnıya akustik kover hazırlayıb.

News24.az
xəbər verir ki,  sözləri və musiqi müəllifi Gövhər Həsənzadə olan bəstəyə çəkilmiş klipin təqdimatı keçirilib. Layihənin ideya müəllifi Elnarə Xəlilova bildirib ki, daim gənclərə dəstəkdir:“Bizim də əlimizdən tutub sənətdə addımlamağımıza kömək oldular. Mən də gənc istedadlara daim dəstəyəm. Piri də o  ifaçılardan biridir. "El Yaradıcılıq Mərkəzi"mizə o qədər  istedadlı insanlar yaxınlaşır ki. Onlar arasında həkimlər, müəllimlər, elə junalistlər də var. Səsi istedadı olan hər kəsə  qapılarımız açıqdır”. 

Qeyd edək ki, sözügedən mahnının müşayətini isə pianoçu Rasim Əsgərov edib. Video və montaj Elvin Qasımzadəyə aiddir.

FOTOLAR: RAMIN QURBANOV 


Məşhur mahnıya yeni nəfəs verdi - - FOTO Məşhur mahnıya yeni nəfəs verdi - - FOTO Məşhur mahnıya yeni nəfəs verdi - - FOTO