Məşhurlar "Son zəng"də belə görünürdü - FOTOLAR - YENİLƏNDİ

Məşhurlar "Son zəng"də belə görünürdü - FOTOLAR - YENİLƏNDİ Şou
Bu gün Azərbaycanın ümumi təhsil müəssisələrində "Son zəng" keçirilib. Hər zaman sıxlıqla müşahidə olunan bu tədbirlər bu il dəyişik şəkildə baş tutub.  Yəni tədbirdə yalnız 11-ci siniflər iştirak edib. Amma buna rəğmən, bu gün hər bir məzunun yaddaşında özəl gün, həyatında yeni mərhələnin başlanğıcı kimi qalacaq. Bəs, tanınmışlar bu özəl günü necə keçirib?

News24.az bir neçə məşhurun "Son zəng"indən xatirə qalan fotolarını təqdim edir: 

Əməkdar artist Bəhram Bağırzadə 1989-cu ildə Bakı şəhərində yerləşən 189 saylı məktəbi bitirib. 


Əməkdar incəsənət xadimi Baba Vəziroğlu 1970-ci ildə İsmayıllı rayonun Hacatamlı kənd orta məktəbini bitirib. 


Azərbaycan Dövlət Akademik Musiqili teatrının direktoru Əliqismət Lalayev 1972-ci ildə Salyan şəhərində yerləşən 4 saylı orta məktəbi bitirib.


Əməkdar artist Vəfa Zeynalova 1992-ci ildə Bakının 1 nömrəli orta məktəbi bitirib. 


Müğənni Leyla Ramazanlı 2006-ci ildə Bakı şəhərində yerləşən 132 saylı orta məktəbi bitirib. 


Stilist Elnur Həsənov da Bakıda orta məktəbi bitirənlər sırasındadır. O, 2001-ci ildə Arif Hüseynzadə adına 20 nömrəli məktəb-liseyi bitirib. 


Gənc müğənni Ayaz Babayev isə sinifin ən kiçik şagirdi olub. O, 16 yaşında məktəblə vidalaşıb. Ayaz 2010-cu ildə 225 saylı orta məktəbi bitirib.