Pərəstişkarı aktrisaya hücum etdi
Şou
Amerikalı müğənni və aktrisa Ariana Qrande pırıstişkarının hücumuna məruz qalıb. Hadisə aktrisanın baş rolu canlandırdığı "Wicked" müziklinin ikinci hissəsinin premyerası zamanı baş verib.
News24.az xəbər verir ki, bu barədə “People” nəşri məlumat yayıb.
Çəkiliş heyəti qırmızı xalçada gəzərkən bir anda Qrandenin pərəstişkarı təhlükəsizlik kordonunu yarıb və foto çəkdirmək üçün ona tərəf qaçıb.
Həmkarı Sintiya Erivo gənci itələyərək ona kömək edib, daha sonra təhlükəsizlik xidməti həmin şəxsi oradan uzaqlaşdırıb.