Məşhur aktrisanın ölüm səbəbi bəlli oldu

Məşhur aktrisanın ölüm səbəbi bəlli oldu Şou

Məşhur fransız aktrisa, 91 yaşlı Bricit Bardonun ölüm səbəbi bəlli olub.

News24.az xəbər verir ki, bu barədə onun həyat yoldaşı Bernard D’Ormal açıqlama verib.

Məlumata görə, aktrisa xərçəngdən dünyasını dəyişib.

“Onun xərçəng müalicəsi zamanı iki əməliyyatı çox uğurlu keçib. Amma bu xəstəlik onu bizdən aldı” – deyə D’Ormal bildirib.

O qeyd edib ki, aktrisa fiziki olaraq zəifləmişdi, güclü bel ağrılarından əziyyət çəkirdi və son aylarda həyat eşqini itirmişdi.

Bricit Bardo kinoaktrisa, müğənni, fotomodel və yazıçı olub. O, təxminən 50 filmdə rol alıb.