Məşhur aktyor Baş nazirə bənzədildi
Şou
Türk aktyor Can Yaman “El Hormiguero” verilişində yayımlanan “El Turco” serialının tanıtımı zamanı diqqət çəkib.
News24.az xəbər verir ki, aparıcı Pablo Motos onun İspaniya Baş naziri Pedro Sançesə bənzədiyini söyləyib, bu da studiyada gülüş və yumoristik anlar yaradıb.
Verilişdən sonra İspaniya sosial mediasında istifadəçilər Can Yaman və Pedro Sançesin üz cizgiləri, saç düzümü və duruş baxımından oxşarlıqlarını paylaşaraq mövzunu viral edib.