Məşhur aktrisa bu xəstəliyə tutuldu - Gündə 20 dəfə...
Şou
Məşhur türkiyəli aktrisa Gupse Özay “ülseratif kolit” adlı xroniki bağırsaq xəstəliyinə tutulduğunu açıqlayıb.
News24.az xəbər verir ki, aktrisanın sözlərinə görə, bu xəstəlik gündə 15–20 dəfə tualetə getmə, qarın ağrısı, qanlı ishal, ciddi çəki itkisi və ümumi halsızlıq kimi ağır simptomlarla müşayiət olunur.
Gupse Özay hazırda vəziyyətinin həkim nəzarətində olduğunu və müalicə prosesinin davam etdiyini bildirib.