Məşhur aktyoru ilk dəfə belə görəcəksiniz - Foto
Şou
Dünya kinosunun məşhur simalarından olan Silvestr Stallone uzun illərdir kino tarixində özünəməxsus yerə malikdir.
News24.az xəbər verir ki, gənclik illərindən etibarən yaratdığı yaddaqalan obrazlarla tanınan aktyor xüsusilə “Rokki” və “Rambo” film seriyaları ilə bir neçə nəsli ekran qarşısına toplayıb. Bu filmlərdə o, təkbaşına ordulara qarşı çıxan, güclü və məğlubedilməz qəhrəman obrazları ilə yadda qalıb.
79 yaşlı Silvestr Stallone bütün kino karyerasına görə nüfuzlu mükafata - Kennedi Mərkəzinin Fəxri mükafatına layiq görülüb. Mükafatı ona ABŞ prezidenti Donald Tramp təqdim edib.
Maraqlı məqam isə Stallonenin mükafatı alarkən əlində əsa tutması olub. Bu detal onun illər boyu canlandırdığı güclü və döyüşkən qəhrəman obrazları ilə ziddiyyət təşkil etdiyi üçün diqqət çəkib və simvolik jest kimi dəyərləndirilib.