Məşhur aktyorun halı pisləşdi, xəstəxanaya yerləşdirildi
Şou
Qaraciyər çatışmazlığı müalicəsi alan məşhur türkiyəli aktyor Ufuk Özkanın səhhəti pisləşdiyi üçün təcili xəstəxanaya yerləşdirilib.
News24.az xəbər verir ki, bu haqda aktyorun qardaşı Umut Özkan açıqlama verib.
Onun sözlərinə görə, həkim qaraciyər transplantasiyasının zəruri olduğunu deyir:
“Son müayinələr nəticəsində qardaşımın MELD balının 22-yə yüksəldiyi məlum olub, hazırda həkimimiz orqan transplantasiyasına qərar verib, uyğun donor axtarılır”.
Xatırladaq ki, bir neçə ay öncə aktyor evində halı pisləşdiyi üçün xəstəxanaya yerləşdirilmişdi. Bir müddət reanimasiyada qaldıqdan sonra evə buraxılmışdı.
Qeyd edək ki, Ufuk Özkan daha çox “Geniş Aile”, “Zengin Kız Fakir Oğlan” kimi məşhur serialların aktyoru, “Ben Bilmem Eşim Bilir” kimi tanınmış televizya proqramının aparıcısı olaraq tanınır.