Məşhur müğənni Bakıda konsert verəcək
Şou
Türkiyəli məşhur müğənni Mustafa Ceceli Bakıya gələcək.
News24.az xəbər verir ki, bu barədə "İticket.az" saytı məlumat yayıb.
Məlumata görə, müğənni yanvarın 24-ü Heydər Əliyev Sarayında konsert verəcək.
Konsert üçün biletlərin qiyməti minimum 35, maksimum isə 180 manatdır.