Məşhur serialda gözlənilməz dəyişiklik: daha bir aktyor heyətdən ayrıldı
Şou
Türkiyənin məşhur “Kızılcık şerbeti” serialının əsas obrazlarından birini – Fatihi canlandıran Doğukan Güngör serialdan ayrılıb.
News24.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Məlumata görə, qərar yaradıcı heyət tərəfindən verilib. Buna səbəb isə aktyorun Türkiyədə məşhurlar arasında keçirilən narkotik əməliyyatı zamanı saxlanılması və testinin müsbət çıxması olub.
Araşdırma prosesi bitdikdən sonra aktyorla əməkdaşlıq sona çatıb.
Obrazın gələcəkdə ssenariyə necə davam edəcəyi barədə açıqlama verilməyib.