"Kamil Şahverdiyevlə illərdir ki, tanışıq, bu deyilənlər əsassızdır" - MƏTANƏT ƏLİVERDİYEVA
Şou
Bu gün səhər saatlarında teleaparıcı Mətanət Əliverdiyevanın "Space TV"-dən ayrılması və "Hər səhər Mətanətlə" verilişinin dayandırılması barədə xəbərlər yayılıb. Deyilənlərə görə, proqramın dayandırılmasına kanala müvəqqəti rəhbərlik edən Kamil Şahverdiyev göstəriş verib. Yazılanların nə dərəcədə doğru olduğunu öyrənmək üçün teleaparıcı ilə əlaqə saxladıq.
News24.az-a açıqlama verən M. Əliverdiyeva bildirib ki, məlumatlar doğru deyil: "Nədənsə aparıcını bir gün efirdə görməyəndə bizim insanların dərhal ağıllarına başqa fikirlər gəlir. Hazırda "Space" telekanalında verilişimin xüsusi videoçarxı yayımlanır. Beşinci gün sonuncu efirimizi verdik, sonra isə müvəqqəti dayandırdıq. Buna səbəb isə studiyanın təmiridir. Hazırda Türkiyədəyəm, proqramın yeni yayımı üçün çəkilişlər edirəm. Əgər, işləri ayın 1-nə çatdırsaq, efirə çıxacağıq, əks halda, 8 Mart Qadınlar günü yenidən başlayacağıq".
Teleaparıcı onu da bildirib ki, Kamil Şahverdiyevlə sıx əlaqələri var: "Mən Kamil müəllimə deyəndə ki, təmir üçün verilişi dayandıraq çox məyus oldu. Dedi ki, sənsiz darıxacağıq. Çünki bizi bir-birimizi bir-iki gün deyil tanıyırıq. Onunla 1995-ci ildən tanışıq. O zamanlar radioda çalışırdım. Çox mədəni və ziyalı insandır. Yəni bu deyilənlərin əsası yoxdur. Sonrası da ki, mən elə insanam, istənilən şəraitdə, istənilən yerdə veriliş apara bilərəm. Çöldə, meşədə, qarın, yağışın altında. Əsas odur ki, tamaşaçılarla daima ünsiyyətdə olaq".
M. Əliverdiya onu da vurğulayıb ki, Türkiyədə həm də "Qız atası" serialının çəkilişləri gedir: "Burda serialımızın bir bölümünü çəkirik. Niyə də yox? Bir güllə ilə iki dovşanı vurduq. Burda tək deyiləm. Serialda kürəkənimi oynayan Coşğun Viləş də yanımdadır".
Sevda Bayramova