Mətanət İsgəndərli yenidən bıçaq altına yatdı
Şou
Mətanət İsgəndərli növbəti dəfə xarici görünüşündə köklü dəyişiklik edib.
News24.az xəbər verir ki, Əməkdar artist “Qonaqcanlı” verilişində plastik əməliyyat etdirdiyini bildirib.
Müğənni bu dəfə bədənşəkilləndirmə (liposaksiya və bədən konturlarının korreksiyası) proseduru keçirib.
Xatırladaq ki, bu, Mətanət İsgəndərlinin ilk plastik müdaxiləsi deyil. İfaçı bundan əvvəl kəskin çəki itirmək üçün mədəkiçiltmə (bariatrik), daha sonra isə üzgərdirmə əməliyyatları etdirərək görünüşünü yeniləmişdi. /Yeni Sabah/