Müğənni: Boşanmasaydım, ölərdim
Şou
Vidadi Bərdəlinin qızı Aytac Vidadiqızı “Rəngarəng” verilişindəki açıqlaması ilə diqqəti özünə çəkib.
News24.az pravda.az-a istinadla xəbər verir ki, müğənni boşanmasının səbəbi açıqlayıb.
“Hərdən deyirəm, mən deyiləm günahkar. O qədər mərhəmətli, vicdanlı insanm ki, vicdanım yenə də sızıldayır. Nə olur, olsun, bəlkə, dözərdim, uşaqlar atalı-analı böyüyərdilər. Onda da mən çox yaşamayacaqdım. Bu dəfə də anasız qalacaqdılar. Dözə bilməzdim, ölərdim”.